Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri ilə bağlı qərar verib
"Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib. Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb. Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir.
Xəbəri paylaş
Facebook-da paylaş
