Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var


Qazax rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı 1979-cu il təvəllüdlü Ə.Nurməmmədov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}