Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb
Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana artan etimadın bariz göstəricisidir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatı təqdim edirik: BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə) BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə) UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə) BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə) BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi"Report"
Facebook-da paylaş
