İran günün sonunadək Omanla Hörmüzə dair sazişin imzalanmasını gözləyir


İranda bu günün sonunadək Omanla Hörmüz boğazında gəmiçiliyə dair sazişin imzalanmasını gözləyirlər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunubb ki, tərəflərə "xüsusilə mürəkkəb olmayan bir-iki məsələni həll etmək" qalıb.

Telekanalın məlumatına görə, bu çərçivədə əsas məqamlardan biri gəmilərin Hörmüzdən keçə biləcəyi marşrutların müəyyənləşdirilməsidir. İran hakimiyyəti ehtimal edir ki, saziş bu günün sonunadək elan oluna bilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}