Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

Şəffaflıq.az verir ki, nazir İrpendə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına parkı ziyarət edib.

Səfərdə Azərbaycan nümayəndə heyətini Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko və İrpen şəhərinin rəhbərliyi müşayiət edib.

C.Bayramov Azərbaycan tərəfindən əsaslı təmir olunan İrpen Mərkəzi poliklinikasında və Zərifə Əliyeva adına 12 saylı liseydə də olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}