Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək
Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
