Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib
Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib. Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək. Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını "Qəbələ" komandası qazanmışdı. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
