Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər

 

Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər.

Bu barədə “Anadolu” agentliyi “Yaşıl qitə”nin Turizm naziri Simon Birmingemin açıqlamasına istinadla xəbər yayıb.

O bildirib ki, Avstraliyaya turizm məqsədilə giriş-çıxış uzun müddət bərpa olunmaya bilər. Nazirin dediyinə görə, sərhədlərin bu ilin sonuna qədər bağlı qalması ehtimalı var.

Ölkədə 1 875 000 insan koronavirus testindən keçib, onlardan 7 390 nəfərdə virus aşkar edilib. Son 24 saatda 20 yoluxmanın aşkar edildiyi qitədə koronavirusdan ümumilikdə 102 nəfər həyatını itirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}