Kəlbəcərdə 1989-cu il helikopter faciəsinin qurbanı olan 8 azyaşlının xatirəsi anılıb


1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş helikopter faciəsi xalqın yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir.

Şəffaflıq.az xəbər verir ki, bu gün faciənin növbəti ildönümü ilə əlaqədar həlak olan uşaqların xatirəsi ehtiramla yad edilib.

Faciə qurbanlarının valideynləri və yaxınları ilə yanaşı, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri də onların məzarlarını ziyarət edərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Xatırladaq ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter qəzaya uğrayıb. Nəticədə helikopterin sıradan çıxan rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}