ABŞ "İran elitasının maliyyəçisi"nə qarşı sanksiyalar tətbiq edib


ABŞ İran elitasının maliyyələşdirilməsi ilə əlaqəli hesab olunan Əli Ənsariyə qarşı sanksiyalar tətbiq edib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Sənədə əsasən, yeni tədbirlər həmçinin valyuta mübadiləsi ilə məşğul olan üç İran şirkətinə, Honkonqdan və BƏƏ-dən olan bir firmalara da şamil edilir.

Vaşinqtonda hesab edirlər ki, qeyd olunan bütün təşkilat və şəxslər qeyri-qanuni maliyyə fəaliyyətində və Amerika sanksiyalarından yayınmaqda iştirak edirlər. İddialara görə, Ənsari İranın Ali rəhbəri Müctəba Xameneinin maraqları naminə hərəkət edib. ABŞ Maliyyə Nazirliyindən bildiriblər ki, bu valyuta şirkətləri saxta strukturlar vasitəsilə sanksiya altında olan İran banklarının xeyrinə milyardlarla dollarlıq əməliyyatlar həyata keçiriblər.

Sanksiyalar qeyd olunan şəxslərin və şirkətlərin ABŞ ərazisində tapılacağı təqdirdə aktivlərinin dondurulmasını nəzərdə tutur. Bundan əlavə, ABŞ vətəndaşlarına onlarla hər hansı işgüzar münasibət qurmaq qadağan edilir, qara siyahıdan olan şəxslərin isə ölkəyə girişi bağlanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}