Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı artaraq 4 118 nəfərə çatıb.
Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı artaraq 4 118 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının (parlamentinin) rəhbəri Xorxe Rodriqes "Telegram" kanalında bildirib. Hesabata əsasən, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 17 907 sakin isə evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, xəstəxanalarda və müalicə müəssisələrində 29 966 nəfər tibbi yardım alıb. 86 794 ailəyə dəstək göstərilib, fəlakət zonasına 9 766 ton ərzaq çatdırılıb. Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında yeraltı təkanlar Venesuelanı sarsıdıb. Təxminən 40 saniyəlik intervalla 7,2 və 7,5 maqnitudalı iki zəlzələ qeydə alınıb. Hər iki zəlzələnin episentri Yarakuy ştatının ərazisində, bir-birindən 10 km məsafədə yerləşib.
Facebook-da paylaş








