Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb


Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}