Əsas Səhifə > Hadisə > Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb
Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürübBu gün, 10:53 |
|
Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub. Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |