Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur


Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Şəffaflıq.az-ın məlumatına görə, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}