Əsas Səhifə > Hadisə > Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur
Gəncədə biri az yaşlı olmaqla 4 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur14-04-2025, 18:26 |
Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Şəffaflıq.az-ın məlumatına görə, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir. Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək. Geri qayıt |