Xaçmazın dörd kəndində yanğın baş verib
Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib. Şəffaflıq.az-ın məlumatına görə, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib. Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş
