Əsas Səhifə > Hadisə > Xaçmazın dörd kəndində yanğın baş verib

Xaçmazın dörd kəndində yanğın baş verib


31-03-2025, 15:29


Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.

Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.

Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.


Geri qayıt