Şirvanda avtomat aşkarlanıb
Şirvanda avtomat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
