Əsas Səhifə > Hadisə > Şirvanda avtomat aşkarlanıb

Şirvanda avtomat aşkarlanıb


1-03-2025, 09:57


Şirvanda avtomat tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt