Abşeronda avtomobillər toqquşub, yaralanan var
Abşeron rayonunda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Şükürova Raya Adil qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
