Əsas Səhifə > Hadisə > Abşeronda avtomobillər toqquşub, yaralanan var

Abşeronda avtomobillər toqquşub, yaralanan var


Dünən, 10:21


Abşeron rayonunda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Şükürova Raya Adil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt