Yardımlıda məktəb binasının dam örtüyü yanıb
Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
