Əsas Səhifə > Hadisə > Yardımlıda məktəb binasının dam örtüyü yanıb

Yardımlıda məktəb binasının dam örtüyü yanıb


12-02-2025, 15:45


Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Geri qayıt