Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb


Qazax rayonunda mənzildən 33 yaşlı kişinin meyiti aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1992-ci il təvəllüdlü E.Ocaqverdiyevin meyiti yaşadığı evdə tapılıb.

Evin hamam otağında meyiti tapılan şəxsin dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}