Əsas Səhifə > Hadisə > Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb
Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıbBu gün, 12:14 |
Qazax rayonunda mənzildən 33 yaşlı kişinin meyiti aşkar edilib. "Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1992-ci il təvəllüdlü E.Ocaqverdiyevin meyiti yaşadığı evdə tapılıb. Evin hamam otağında meyiti tapılan şəxsin dəm qazından boğularaq öldüyü ehtimal olunur. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |