Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb. Məzahir Kərimov idarə etdiyi "Hyundai Grandeur" markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub. Nəticədə piyada aldığı xəsarətdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş