Bakı və Gədəbəydə avtomobil piyadanı vuraraq öldürüb

.

Gədəbəy şəhəri, Heydər Əliyev prospektində avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, əslən Gədəbəydən olan Rusiya vətəndaşı Abbasov Məhəmməd Səmaləddin oğlu etibarnamə ilə idarə etdiyi avtomobillə yolu keçmək istəyən 11 yaşlı İsmayılzadə Yusif Şaiq oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində avtomobil 60 yaşlı kişini vurub.

Belə ki, Quliyev Elmar Elnur oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə yolu keçən piyada - 1964-cü il təvəllüdlü Qəhrəmanov Rafiq Rəmzi oğlunu avtomobillə vurub. Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}