Şabranda sənədsiz silahlar polisə təhvil verilib
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd tüfəng təhvil götürülüb. Bundan başqa polis əməkdaşları ərazidə xidmət apararkən 1 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
Xəbəri paylaş
Facebook-da paylaş
