Əsas Səhifə > Hadisə > Şabranda sənədsiz silahlar polisə təhvil verilib

Şabranda sənədsiz silahlar polisə təhvil verilib


30-11-2024, 18:58


Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.


Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.


Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd tüfəng təhvil götürülüb.


Bundan başqa polis əməkdaşları ərazidə xidmət apararkən 1 ədəd ov tüfəngi aşkar edərək götürüblər.


Geri qayıt