Kürdəmirdə ağır yol qəzası olub, ölən var
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
