Əsas Səhifə > Hadisə > Kürdəmirdə ağır yol qəzası olub, ölən var

Kürdəmirdə ağır yol qəzası olub, ölən var


30-11-2024, 18:44


Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt