Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Şəffaflıq.az-ın xəbər verir ki, hadisə otən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb. Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub. Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş