MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib


Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}