Əsas Səhifə > MILLI MƏCLİS > MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib
MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib22-10-2024, 12:23 |
Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir. Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib. Geri qayıt |