Tərtərdə sürücü maşını aşırıb, sərnişin ölüb
Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb. Şəffaflıq.az xəbər verir ki, hadisə iyulun 7-si axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin İlham oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin-Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Aslanov Rövşən Səhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Facebook-da paylaş