Əsas Səhifə > Hadisə > Tərtərdə sürücü maşını aşırıb, sərnişin ölüb

Tərtərdə sürücü maşını aşırıb, sərnişin ölüb


9-07-2024, 10:02


Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə iyulun 7-si axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin İlham oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin-Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Aslanov Rövşən Səhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Geri qayıt