Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI


Rusiyanın Yakutiya Respublikasında aktiv meşə yanğınlarının sahəsi təxminən 460 min hektar təşkil edib.

Şəffaflıq,az xəbər verir ki, bu barədə respublikanın ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirinin müavini Andrey Konoplev brifinqdə bildirib.

Onun sözlərinə görə, respublika ərazisində 164 meşə yanğını qeydə alınıb ki, onların da sahəsi 459 min 504 hektardır.

Son 24 saat ərzində 33 meşə yanğını aşkar edilərək söndürülüb. Belə ki, onlardan 19-u 12 034 hektar, 1-i isə 304 hektar sahəni əhatə edib. Amqinski və Verxnekolmsk rayonlarında isə 2 301 hektar sahədə beş meşə yanğını lokallaşdırılıb.

Yakutiya ölkənin ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir. Respublikada ümumi meşə sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi).


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}