Bakıda yol qəzasında 76 yaşlı qadının beli sınıb


Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Qara Qarayev prospektində avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Məmmədova Şəfiqə Həsən qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}