Əsas Səhifə > Hadisə > Bakıda yol qəzasında 76 yaşlı qadının beli sınıb

Bakıda yol qəzasında 76 yaşlı qadının beli sınıb


23-06-2024, 08:15


Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Qara Qarayev prospektində avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Məmmədova Şəfiqə Həsən qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt