Cəlilabadda toydan qayıdan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt- Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford"markalı mikroavtobus ilə "VAZ-2106" markalı avtomobilin toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}