ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək.
ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib. ABŞ Prezidenti Cozef Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsində bazaya edilən hücuma cavab veriləcəyini bildirib. Lakin hansı cavab tədbirlərinin görüləcəyi məlum deyil. Bununla belə, Bayden Vaşinqtonun Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmadığını vurğulayıb. İranın məsuliyyəti ilə bağlı sualı cavablandıran Bayden deyib ki, bu məsələ müzakirə olunacaq. Bundan əvvəl “Politico” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, Bayden Suriya-İordaniya sərhəddində ABŞ qüvvələrinə hücuma cavab tədbirlərinin hazırlanmasını əmr edib, mümkün təkliflər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. Qəzetin qeyd etdiyi kimi, Amerika liderinin təsdiqindən sonra, çox güman ki, bir neçə gün ərzində cavab tədbirləri görüləcək, bir sıra hədəflərə zərbələr endiriləcək. Xatırladaq ki, yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi həlak olub, 40-ı yaralanıb.
Facebook-da paylaş