Azərbaycan icması İtaliya paytaxtında dinc etiraz aksiyası keçirib
Roma şəhərinin məşhur “Piazza dei Santi Apostoli” meydanında İtaliyada yaşayan Azərbaycan icmasının dinc etiraz aksiyası keçirilib. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistan tərəfinin Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi, regionda sülhə əngəl törətməsi, mina xəritələrini Azərbaycana təhvil verməməsi, beynəlxalq hüququn tələblərini və insan haqlarını pozması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edilib. “Biz sülh istəyirik!”, “Mina terrorunu dayandırın!” və başqa şüarları nümayiş etdirən aksiya iştirakçıları beynəlxalq birlikdən ədalət tələb ediblər. Xatırladaq ki, hazırda Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində eyni xarakterli silsilə tədbir və aksiyalar keçirir.
Facebook-da paylaş