Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şəffaflıq.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2023-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb. İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.
Xəbəri paylaş
Facebook-da paylaş