Əsas Səhifə > SİYASƏT > Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.


27-01-2024, 14:01


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2023-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.


Geri qayıt