Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub
İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Şəffaflıq.az report.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb", - sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah", İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı "terror qruplaşmaları" olub.
Xəbəri paylaş
Facebook-da paylaş