Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub

Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub


17-01-2024, 01:07


İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub.

Şəffaflıq.az  report.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb", - sənəddə qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah", İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı "terror qruplaşmaları" olub.


Geri qayıt