Binəqədidə sexdəki partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş