Əsas Səhifə > Hadisə > Binəqədidə sexdəki partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir

Binəqədidə sexdəki partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir


15-01-2024, 20:31


Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Şəffaflıq.az


Geri qayıt