Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib


Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib.

Şəffaflıq.az-ın məlumatına görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}