Əsas Səhifə > Hadisə > Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib13-01-2024, 20:17 |
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib. Şəffaflıq.az-ın məlumatına görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Qeyd edək ki, avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir. Geri qayıt |